İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva güzəşt, Vaşinqton vasitəçilik axtarır: Zəngəzur üzərində yeni diplomatik oyun

 

Qlobal güc balansında baş verən dəyişikliklər, xüsusilə ABŞ və Rusiya arasında formalaşmaqda olan yeni diplomatik kontaktlar, Cənubi Qafqazda və daha geniş coğrafiyada geosiyasi proseslərə birbaşa təsir göstərir.

Donald Tramp ilə Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüş, təkcə ikitərəfli münasibətləri deyil, həm də regional təşəbbüslərin – o cümlədən Zəngəzur dəhlizi layihəsinin – gələcəyini müəyyən edə biləcək strateji bir mərhələ kimi qiymətləndirilir. Bu kontekstdə Azərbaycan-Ermənistan münasibətləri, Rusiya və ABŞ-ın maraqları və İranın narahatlıqları fonunda regionda formalaşa biləcək yeni əməkdaşlıq modelləri diqqət mərkəzindədir.

WhatsApp Image 2025-08-15 at 14.14.43.jpeg (93 KB)

Siyasi analitik Aqşin Kərimov Musavat.com-a deyib ki, Rusiya Donald Trampın brokerliyi ilə Azərbaycan və Ermənistan arasında formalaşa biləcək iqtisadi əməkdaşlıqları diqqətlə izləyəcək: “Bu əməkdaşlıq, Kremlin Zəngəzur dəhlizi ilə bağlı geoiqtisadi maraqlarına uyğun bir strategiya çərçivəsində Rusiyanı cəlb edə bilər. Bakı gələcəkdə dəhlizin inkişafında müəyyən rol almaq imkanını Rusiyaya tanıya bilər. Tramp ilə Putin arasında Alyaskada bu məsələlərin müzakirə mövzusu olması da mümkündür.

Digər tərəfdən, Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinə pozitiv və konstruktiv yanaşmasının əvəzində güzəşt istəyə bilər. Bu güzəştlərdən biri kimi, Moskva, ABŞ ilə İran arasında vasitəçilik rolunu öz üzərinə götürmək istəyini irəli sürə bilər.

İsrail və İran arasında müharibə başlamazdan əvvəl Moskvanın vasitəçilik üçün təkidləri də bu kontekstdə qiymətləndirilməlidir. İran isə yenə özünü sıxılmış hiss edir və onun dəhlizdə iştirak imkanlarını nəzərdən keçirməməkdən başqa əlacı qalmır”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR