Onlayn ictimai-siyasi qəzet
İranda bir qrup məmur övladının (“ağazadə”lərin) davranışı ictimai qəzəb doğurub.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə gənclərin lüks avtomobillərlə magistral yolun ortasında dayanaraq mahnı oxuduqları, bununla da hərəkəti iflic etdikləri əks olunub.
Paylaşımlarda “bir neçə ağazadə milləti əsir edib, arxada isə sadə insanların acı baxışları” kimi şərhlər yazılaraq hadisəyə etiraz bildirilib.
İstifadəçilər bu davranışı ölkədəki sosial-iqtisadi problemlərə və sıravi insanların gündəlik çətinliklərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ