Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "Reuters" agentliyi Alyaskada keçiriləcək tarixi sammitin əsas mövzusunun Ukraynada atəşkəs olacağını yazır. ABŞ Prezidenti Donald Tramp qarşı tərəfdən müharibəni dayandırmaq barədə razılıq almağa çalışacaq.
Məlumata görə, Tramp üçün bu, “dünya sülhməramlısı” imicini gücləndirən və ona Nobel Sülh Mükafatını gətirə biləcək təşəbbüs hesab olunur. Digər tərəfdən, Vladimir Putin öz mövqeyini qorumaq üçün yeni addım ataraq, Trampa nüvə silahlarının nəzarəti ilə bağlı yeni saziş təklif edib. Bu razılaşma, hazırkı müqavilənin 2026-cı ildə başa çatmasından sonra qüvvəyə minə bilər.
Reuters yazır ki, Moskva üçün bu sammit artıq böyük qələbədir: Kreml Qərbin illərlə apardığı təcrid siyasətinin iflasa uğradığını və Rusiyanın yenidən beynəlxalq diplomatiyanın əsas masasına qayıtdığını nümayiş etdirmək istəyir.
Agentliyin Kremlin yaxın mənbəsinə görə, Moskva Ukrayna məsələsində kompromisə getməyə hazır ola bilər:
“Görünür, müəyyən şərtlər razılaşdırılacaq. Çünki Trampa “yox” demək mümkün deyil, biz də sanksiya təzyiqinə görə bu addımı atmağa məcburuq”, – deyə mənbə bildirib.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ