İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiyada yaşayan azərbaycanlılarla bağlı SƏRT QADAĞA - FOTO

Rusiya Əmək Nazirliyi iyulun 30-da rayonlara daxili metodiki materiallar göndərərək azərbaycanlıların işə götürülməməsini tövsiyə edib. Rəsmi izah kimi “Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin mürəkkəbləşməsi” göstərilib.

Musavat.com xəbər verir ki, sənədlərin nüsxələrini UNIAN yayıb.

Bundan əlavə, nazirlik iyulun 15-dək işlə təmin olunmuş Azərbaycan vətəndaşlarının tam adları, doğum tarixləri, vəzifələri, icazə və əlaqə məlumatlarını əks etdirən siyahıların təqdim edilməsini tələb edib. Rəsmi açıqlamaya görə, bu “sahədə vəziyyəti analiz etmək və risklərin qarşısını almaq” məqsədilə tələb olunur.

Bunun ardınca bir çox müəssisə azərbaycanlı işçilərinin olmadığını və onların işə götürülməsi ilə bağlı planlarının olmadığını bildirib.

Məlumatlarda qeyd olunur ki, ehtimal ki, müəssisələr hesabat verməzdən əvvəl azərbaycanlı əməkdaşlarını kütləvi şəkildə işdən çıxarıblar ki, rəsmi sənədlərdə onların olmaması göstərilsin.

Beləliklə, daxili tövsiyələr faktiki olaraq işə qəbul qadağasına çevrilib və əmək bazarına birbaşa təsir göstərir. Halbuki 2024-cü ildə Rusiya əmək naziri ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır, onun inkişaf tempini tərifləyir və təcrübə mübadiləsinin qarşılıqlı faydalarını qeyd edirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR