Onlayn ictimai-siyasi qəzet
Borca pul verdiyi hərbçi yoldaşından pulu ala bilməyən şəxs prokurorluğa yalan məlumat verib. Buna görə özü məsuliyyətə cəlb edilib.
Musavat.com xəbər verir ki, 1990-cı il təvəllüdü Alyoşa Mərdəliyev Şəmkir Rayon Hərbi Prokurorluğuna bilə-bilə yalan məlumat verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib.
Uzun müddət hərbidə xidmətdə olmuş Mərdəliyev ikinci Qarabağ müharibəsində də iştirak edib. Bir müddət əvvəl də hərbidən tərxis olunub.
Alyoşa hərbçi yoldaşı Qabilə kömək məqsədi ilə ona 4 min manat pul verib. Qabilin övladı xəstə olduğu üçün təcili əməliyyat olunmalı imiş. Alyoşa pulu olmadığı üçün bankdan kredit götürərək Qabilə verib. Qabil aylıq 150 manat krediti ödəməli imiş. İlk ayları ödəsə də sonrakı ayların ödənişini gecikdirdiyi üçün tərəflər arasında narazılıq yaranıb. Qabilin ümumi borcdan 1650 manat borcu qalıb. Alyoşa dəfələrlə ödənişi etməsini tələb etsə də Qalib maddi imkanı zəif olduğu üçün ödəyə bilmədiyini, qısa zamanda həll edəcəyini deyib.
Uzun müddət keşsə də pulunu ala bilməyən Alyoşa qisas almaq üçün hərbçi dostu Qalib barəsində Şəmkir Rayon Hərbi Prokurorluğuna şikayət yazıb. Həmin şikayətində yazıb ki, Qalib ondan 3 min manat alıb, xidməti yerini dəyişdirəcəyini vəd verərək aldadıb. Qalibi dələduzluqda ittiham edən Alyoşanın şikayəti araşdırılan zaman onun yalan məlumat verdiyi üzə çıxıb. Alyoşa sonradan özü də əməlindən peşman olduğunu deyib. Amma artıq gec olub. Alyoşa özü məsuliyyətə cəlb olunub.
Alyoşa bilə-bilə yalan xəbərçilik edərək Şəmkir Rayon Hərbi Prokurorluğunun normal iş fəaliyyətini pozduğu üçün cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin hökmü ilə Alyoşa 2 min manat cərimə edlib.
İ.Muradov
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ