İnsanlara hürriyət, millətlərə istiqlal!

"Haqqınız varmı buna?" - Kərimi tənqid etdi

Əməkdar artist Abbas Bağırov da müğənni Kərim Abasovun Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovla bağlı tənqidinə münasibət bildirib. 

Musavat.com xəbər verir ki, ifaçı sənətkarların bu cür müzakirə olunmasını tənqid edib.

"Heç bir sənətkar haqqında "həmişə səhvsiz, qüsursuz oxuyur" demək olmaz. Səhnə - canlı sənətdir və burada hər kəsin bəzən istəmədiyi anda texniki və ya digər səbəbdən problemlər yaşaması təbiidir.

Təəssüf ki, bu gün bəzi "məlum" sənətkarların gözəl əsərləri, mahnıları barədə danışmaq, paylaşmaq əvəzinə, bir çoxlarını yalnız həmin an yaşadığı kiçik bir problem maraqlandırır.

Əsl musiqi sənətkarına qiymət vermək üçün onun bir ifasına yox, keçdiyi sənət yoluna, qazandığı uğurlara, çəkdiyi zəhmətə, yaratdığı dəyərlərə baxmaq lazımdır. Onun sənətə gəldiyi gündən bu günə qədər nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir.

O halda sual yaranır: sənətin ən yaxşı nümunələrinə göz yumub, haqsız yerə müzakirə aparmaq, kiminsə zəhmətini kölgəyə salmaq nə dərəcədə ədalətlidir? Haqqınız varmı buna?" deyə, Abbas yazıb.

Qeyd edək ki, Kərim Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun "Sənsiz yaşaya bilmirəm" mahnısını canlı ifa etdiyi anları yayımlayaraq "Nə vacibdir axı? Gücə düşməkdənsə, gedib fonoqram oxuyun. Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləşmir. Bütün gün gəncləri canlı oxumamaqda qınayanlar" deyə, yazıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR