İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Paşinyan velosipedi unutdu, amma Andreasyan – yox

Bu ilin may-iyun aylarında Nikol Paşinyanın fəal velosiped gəzintiləri dövründə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan öz tabeliyində olan əməkdaşlarla iclas keçirərək, sağlam həyat tərzinin təbliği adı altında “rəisə” xoş görünmək istəyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, nazir əməkdaşlarına tapşırıb ki, kollektivə işə velosipedlə gələnlərə müəyyən həvəsləndirici məbləğlər veriləcəyini çatdırsınlar. Guya bu, sağlam həyat tərzi ideyasının inkişafına töhfə verəcək. Nazirinin təşəbbüsü hakim komanda daxilində qızğın müzakirələrə səbəb olub. Bildirilir ki, Andreasyan Paşinyana bir ideal kimi yanaşır və bəzən ona olan heyranlığını gizlədə bilmir.

Qəzetin yazdığına görə, bu təklifə müsbət reaksiya olmayıb. Aylar keçsə də, hələ də işə velosipedlə gələn əməkdaş yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR