Onlayn ictimai-siyasi qəzet
Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə 23-cü Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Musavat.com xəbər verir ki, gələn həftə keçiriləcək iclasın həmsədrləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdir.
Qeyd edək ki, komissiyanın 22-ci iclası 9 avqust tarixində Bakıda baş tutmuşdu.
Bu iclaslar tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və mövcud layihələrin irəliləyişi üçün vacib platforma rolunu oynayır.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ