Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktyor Nejat İşlerin yeni layihəsi bəlli olub.
Musavat.com xəbər verir ki, aktyor "Son yemek" filminə çəkilməyə hazırlaşır. O, aşpaz rolunu ifa edəcək.
Ekran işinin baş rolları Özcan Denizlə Öykü Karayelə həvalə edilib. PrimeVideo-da yayımlanacaq film, pianoçu Sebahat (Öykü Karayel) ilə ombasında silahla əsrarəngiz həyat yaşayan Eşrefin (Özcan Deniz) valehedici sevgi hekayəsindən bəhs edir. Filmin çəkilişləri sentyabrda başlayacaq. Nejat İşler Eşrefin həyatında əsas personaj olaraq kamera qarşısına keçəcək.
Qeyd edək ki, Nejat son olaraq "Ailə" serialına çəkilib.
Könül
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ