İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostunun ölümünə səbəb olan 54 yaşlı şəxsə bu cəza verildi

Şəmkirdə dostunun ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan 54 yaşlı Ağamalı Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması Şəmkir Rayon Məhkəməsində baş tutub.

Ağamalı Məmmədov idarə etdiyi “QAZ 3110” markalı maşınla dostu Şirin İbrahimovu evindən götürərək birlikdə bazara getmək üçün yola düşüb.

Sürücü Ağamalı Məmədov yolda idarətetməni itirərək başqa bir yük maşını ilə toqquşub. Qəza zamanı Şirin İbrahimov dünyasını dəyişib.

Mərhumun ailəsi ilə təqsirləndirilən şəxs arasında barşıq olub. Şirin İbrahimovun xanımı deyib ki, mərhum əri ilə Ağamalı Məmmədov dost olub, ailəvi gediş-gəlişləri olub.

Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, mərhumun ailəsi ilə barışığı nəzərə alaraq 2 il 6 ay müddətinə şərti cəza təyin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR