İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi Pakistana qarşı qondarma iddialarla başladılan hərbi əməliyyatın əsl məqsədini etiraf etdi

Hindistan enerji təchizatından çox asılıdır; ölkə enerji sektorunda özünü təmin etməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bunu Hindistanın Müstəqillik Günü münasibətilə çıxışı zamanı baş nazir Narendra Modi deyib: “Söhbət enerjiyə gəldikdə, hamımız bilirik ki, istər benzin, istər dizel, istərsə də qaz kimi enerji ehtiyaclarımız üçün bir çox ölkələrdən çox asılıyıq. Biz onların idxalına milyardlarla rupi xərcləməliyik. Ölkənin bu baxımdan özünü təmin etməsi mütləqdir".

Modinin dediyinə görə, Hindistan “10 yeni nüvə reaktoru üzərində sürətli templə işləyir”: "Biz 2047-ci ilə qədər nüvə enerjisi imkanlarımızı on dəfə artırmağı öhdəmizə götürmüşük".

Daha sonra Modi may ayında böhtan və yalançı iddialarla Pakistana qarşı başladılan hərbi əməliyyatın əsl məqsədinin su ehtiyatlarına dair iki ölkə arasında 1960-cı illərdə bağlanmış müqaviləyə son vermək olduğunu sübut edən açıqlama verib: "Ölkəmizin xalqı Hind müqaviləsinin nə qədər ədalətsiz və birtərəfli olduğunu açıq-aydın dərk etdi. Hindistandan qaynaqlanan çayların suları düşmənlərimizin tarlalarını suvarır, mənim ölkəmin fermerləri və torpağı isə susuzluqdan və su qıtlığından əziyyət çəkir. Bu müqavilə son yetmiş ildə mənim ölkəmin fermerlərinə ağlasığmaz ziyan vurub. İndi su yalnız Hindistan fermerlərinə məxsusdur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR