Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İRNA-ya müsahibə verərək İrəvanın ABŞ və ya hər hansı üçüncü tərəfin regionda olması ilə bağlı mövqeyindən danışıb.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, ABŞ-ın region ölkələri ilə münasibətdə mənfi rol oynamayacağına zəmanət verib.
Kostanyan bildirib: "Tehranın bu razılaşma və ABŞ-ın rolu ilə bağlı narahatlığına gəlincə, deməliyəm ki, bu, dünən və bugünkü müzakirələrimizin əsas mövzularından biri idi. Mən bura mesajla gəldim ki, Ermənistan İranın mülahizələrini diqqətə alıb və Tramp layihəsi kimi tanınan nəqliyyat bağlantısı layihəsi üzrə ilkin danışıqlarda bu həssas məqamlar nəzərə alınıb. Bu layihənin bir sıra detalları razılaşdırılmaqla dəqiqləşdirilib. Mən onları İran tərəfi ilə müzakirə etdim və açıqlamağa da hazıram. Ermənistanda səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək bir şirkətin qeydiyyata alınması planları var, lakin bu, ABŞ-ın regionda təhlükəsizlik sahəsində olması demək deyil. Biz başa düşürük ki, bu, İran tərəfini narahat edən əsas məsələlərdən biri idi və mən hesab edirəm ki, o, aradan qaldırılıb”.
Musavat.com
19 Avqust 2025
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ