İnsanlara hürriyət, millətlərə istiqlal!

Seul Şimali Koreyadakı rejimə hörmətlə yanaşmağa hazırdır - Prezident

Koreya Respublikasının Prezidenti Li Çje Munq bildirib ki, onun hökuməti KXDR-də dövlət sisteminə hörmətlə yanaşmağa hazırdır.

Musavat.com xəbər verir ki, o, bunu Koreya yarımadasının azad edilməsinin 80-ci ildönümü ilə bağlı çıxışında deyib.

Yonhap agentliyi prezidentin çıxışını yayıb: "Biz hazırkı Şimali Koreya sisteminə hörmət etdiyimizi və onu udma yolu ilə birləşməyə çalışmayacağımızı təsdiq edirik. Düşmən niyyətimizin olmadığını bildiririk". Munqun fikrincə, Cənub və Şimal “bir-birinə düşmən deyil” və “xüsusi münasibət”lə bir-birinə bağlıdır, onun çərçivəsində sülh yolu ilə birləşməyə və bir-birinin ictimai-siyasi sistemlərinə hörmət etməyə çalışmaq lazımdır.

Li Çje-Munq, həmçinin 2018-ci il sentyabrın 19-da Seul və Pxenyan arasında hərbi gərginliyin azaldılmasına dair sazişin mərhələli şəkildə bərpa olunmasının tərəfdarı olduğunu bildirib, çünki bu, qəsdən toqquşma riskini azalda bilər. Amma eyni zamanda Koreya Respublikasının prezidenti Koreya yarımadasının nüvəsizləşdirilməsinin zəruriliyində israr edib: "Dünc Koreya yarımadası nüvə silahından azad olmalıdır və dostluq əməkdaşlığı onun əsasını təşkil etməlidir".

Avqustun 15-də KXDR və Koreya Respublikası Koreya yarımadasının Yaponiya müstəmləkəçiliyindən azad edilməsinin 80 illiyini qeyd edirlər. Bundan əvvəl KXDR liderinin bacısı Kim Yo Conq bildirmişdi ki, gələcəkdə ölkənin konstitusiyasına Pxenyanın Seulla münasibətləri yaxşılaşdırmaq istəməməsi ilə bağlı müddəa əlavə oluna bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR