Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, The Telegraph-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə günü Alyaskanın paytaxtı Ankoricdə keçiriləcək görüşdə Rusiya lideri Vladimir Putinə nadir torpaq metalları və digər qiymətli təbii sərvətlərə çıxış imkanı təqdim etməyə hazırlaşır.
Məqsəd – Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa təşviq etməkdir.
Məlumata əsasən, Tramp administrasiyası müharibənin dayandırılması üçün iqtisadi güzəştlər paketini nəzərdən keçirir. Təkliflərə Alyaskadakı strateji minerallara Moskvanın çıxışı, həmçinin ABŞ-ın Rusiya aviasiya sənayesinə tətbiq etdiyi bəzi sanksiyaların yumşaldılması daxildir. ABŞ maliyyə naziri Skott Bessent Trampa görüşdən əvvəl iqtisadi kompromis variantlarını təqdim edəcək. Bu variantlara həmçinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindəki nadir metallara çıxışın təmin olunması daxildir.
The Telegraph-a danışan mənbələr bildiriblər ki, güzəştlər siyahısında Rusiyaya Bering boğazı bölgəsindəki qiymətli resurslardan istifadə icazəsi də yer ala bilər. Britaniya hökumətindəki mənbələr isə hesab edirlər ki, bu cür stimullar Avropa üçün də qəbulolunan ola bilər – şərt o olar ki, bu, Putinə işğalına görə mükafat kimi təqdim edilməsin.
Mənbə: The Telegraph
Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ