Onlayn ictimai-siyasi qəzet
İraqda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, 600-dən çox insan xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələlik məlum deyil. Xəstələrdə əsasən ürəkbulanma, qusma və yüksək hərarət kimi simptomlar müşahidə olunub.
Rəsmilər bildiriblər ki, araşdırmalara başlanılıb və zəhərlənmənin dəqiq səbəbləri yaxın günlərdə açıqlanacaq. Vəziyyət nəzarət altında saxlanılır.
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ