Onlayn ictimai-siyasi qəzet
Neft qiymətlərinin düşməsi Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun (PİF) fəaliyyətində korrektələrə səbəb olub. Musavat.com Financial Times-a istinadən xəbər verir ki, Fond ölkədəki iri layihələrdəki paylarının dəyərini 8 milyard dollar azaldıb.
2024-cü ilin sonunda Fond Səudiyyənin meqalayihələrinə yatırdığı investisiyaların dəyərini 211 milyard Səudiyyə riyalı (56 milyard dollar) qiymətləndirib. Bu, bir il əvvəlkindən 12,4 faiz azdır.
PIF ölkənin şimal-qərbində yeni şəhər və xüsusi iqtisadi zona olan Neom da daxil olmaqla beş meqalayihədə iştirak edir. FT qeyd edir ki, bu 500 milyard dollarlıq layihə hazırda yenidən nəzərdən keçirilir.
Fondun idarə olunan ümumi aktivləri keçən il 19 faiz artaraq 913 milyard dollara çatıb. Eyni zamanda aktivlərin illik gəlirliliyi bir il əvvəlki 8,7 faizdən 7,2 faizə düşüb. İnvestisiyaların üçdə birindən çoxu Səudiyyə şirkətlərinə yönəldilib, beynəlxalq investisiyaların payı 20 faizdən 17 faizə düşüb. Meqalayihələr fondun aktivlərinin 6 faizini təşkil edir, bir il əvvəl bu rəqəm 8 faiz idi.
2024-cü ildə PIF xalis mənfəətini 60 faiz azaldaraq 6,9 milyard dollara endirib. Azalmaya yüksək faiz dərəcələri, inflyasiya və bəzi layihələrin dəyərinin silinməsi səbəb olub.
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ