Onlayn ictimai-siyasi qəzet
Həbsdə olan biznesmen və oliqarx Samvel Karapetyanın ailəsi "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi işi üzrə Ermənistan hakimiyyətini məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Karapetyanın hüquqlarını müdafiə şurasının "Facebook" sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
"Karapetyan ailəsi tələb edir ki, arbitraj məhkəməsi Ermənistan Respublikasını həm artıq dəymiş ziyanı, həm də gözlənilən zərəri ödəməyə məcbur etsin", - bəyanatda bildirilir.
İlkin hesablamalara görə, dəymiş ziyanın məbləği 500 milyon dollardır.
Xatırladaq ki, iyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və respublikada hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub. İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib.
İyulun 3-də Ermənistan parlamenti hökumətə Karapetyanın "Ermənistanın elektrik şəbəkələri" şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.
Qeyd edək ki, Karapetyan Ermənistanda Rusiyanın maraqlarının təmsilçisi kimi qəbul olunur.
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ