İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Putinin Alyaskadakı görüş yeri məlum oldu - CNN açıqladı

İLK YAYIM SAATI: 03:48

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskada planlaşdırılan görüşünün yeri açıqlanıb.

Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, iki liderin görüşü Ankoric şəhərində yerləşən Elmendorf–Richardson birgə hərbi bazasında keçiriləcək.

Elmendorf–Richardson bazası ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının ortaq istifadəsində olan strateji obyekt sayılır. Burada “F-22 Raptor” qırıcıları, “C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarələri, eləcə də ABŞ ordusunun Arktika bölgəsində fəaliyyət göstərən xüsusi briqadaları yerləşir. Baza Arktika və Sakit okean regionunda hərbi əməliyyatların idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Alyaska sammiti tərəflər arasında Ukrayna müharibəsi, təhlükəsizlik məsələləri və regional gərginliklərin müzakirəsi baxımından xüsusi önəm kəsb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR