Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya hərbi eksperti Aleksandr Xrolenko Ermənistanın təhlükəsizliyinə dair kəskin açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, ABŞ-ın 101-ci hava-desant diviziyası yox, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası və Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunları İrəvanın real təhlükəsizlik təminatçısıdır.
Ekspert qeyd edib ki, Rusiya qüvvələri hazırda Ermənistanın 345 kilometrlik Türkiyə və 45 kilometrlik İran sərhədində mövqelənib, burada 9 mindən artıq peşəkar müqaviləli hərbçi xidmət aparır.
Bu açıqlama, 12–20 avqust 2025-ci il tarixlərində İrəvan yaxınlığında Ermənistan və ABŞ hərbçilərinin iştirakı ilə keçirilən “Eagle Partner 2025” adlı birgə təlimlər fonunda səslənib. Təlimlər Zər kəndində yerləşən “Zar” hərbi təlim mərkəzində icra olunur.
Rusiya mediası və ekspertləri, Ermənistanın ABŞ-la hərbi əməkdaşlığını, xüsusilə də NATO üzvü olan Vaşinqtonla birgə keçirilən təlimləri, Moskvanın regiondakı maraqlarına təhdid kimi qiymətləndirir. Bu kontekstdə Xrolenko kimi ekspertlər İrəvanın təhlükəsizlik dayaqlarının hələ də Rusiya tərəfindən təmin edildiyini önə çəkirlər.
Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ