Onlayn ictimai-siyasi qəzet
"İsrail Baş naziri Benyamin Netanyahu İranda əhalini etiraz aksiyalarına çağırıb. İsrail İrana qarşı yeni hərbi planlaşdırma aparır və öldürüləcək hərbi- siyasi şəxslərin portretlərini mətbuata ötürüb. İrandan da İsrailə sərt ifadələr işlədilir. Qarşılıqlı olaraq tərəflər arasında siyasi böhran yeniden dərinləşir. İran nüvə proqramını dayandırmır. Hizbullahi silahlandırır".
Bu fikirləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, ABŞ hərbi nəqliyyat təyyarələrini Yaxın Şərqə göndərir: "Prezident Donald Tramp İrana qarşı hərbi əməliyyatları istisna etmir. Əgər, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Ali dini lider Əli Xameneini aradan götürə və İranı kapitulyasiyaya imza atmağa məcbur edə bilər. Çünki, İran 12 günlük müharibədən sonra geri addım atmır. ABŞ-la konstruktiv dialoqa getmir. Hətta, ABŞ prezidentinin adını daşıyan Cənubi Qafqada "Tramp körpüsü"nü vurmaqla hədələyir.
Demək olar ki, İranın mühafizəkar sistemi ABŞ və İsrail, həmçinin region üçün problemə çevrilib. İranda rejimi dəyişmək planından İsrail və Tramp geri çəkilməyib. İrana qarşı hərbi əməliyyatlar avqustun sonunda mümkün ola bilər".
Cavanşir ABBASLI
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ