Onlayn ictimai-siyasi qəzet
Polşanın Daxili Təhlükəsizlik Agentliyi “SSRİ-nin dağılmasından sonra yaranmış Asiya ölkələrindən birinin” (məlumatda elə deyilir - red.) vətəndaşının casusluq şübhəsi ilə saxlanıldığını açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, məlumata görə, həmin şəxs Polşa və müttəfiq ölkələrin hərbi strukturlarına ziyan vuracaq kəşfiyyat fəaliyyəti aparmaqda ittiham olunur.
30 iyulda Bıdqoş şəhərində saxlanılan şəxs Avropanın bir ölkəsində diplomatik örtük altında çalışan peşəkar hərbi kəşfiyyat zabiti kimi təqdim edilib. Ona qarşı casusluq ittihamı irəli sürülüb və məhkəmə tərəfindən üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qazaxıstan mediası, o cümlədən KazTAG və dövlət agentliyi “Kazinform” 11 avqustda saxlanılan şəxsin Qazaxıstanın hərbi attaşesinin köməkçisi olduğunu bildirib. Lakin “Kazinform” həmin xəbəri sonradan saytından silib.
“Elmedia” layihəsinin mənbəsinə görə, saxlanılan şəxsin adı Anuar B. olub və o, son bir yarım il ərzində Qazaxıstanın Ukraynadakı səfirliyində çalışıb. Onun diplomatik toxunulmazlığı yalnız Ukrayna ərazisində keçərli olduğundan Polşada saxlanılmasına heç nə mane olmayıb.
“Vot Tak” layihəsinin mənbəsi isə saxlanılan şəxsin Qazaxıstan Xarici İşlər Nazirliyinin əməkdaşı olduğunu bildirib. Nazirlik bu məsələ ilə bağlı şərh verməyib və sualları Müdafiə Nazirliyinə yönləndirib.
Musavat.com
14 Avqust 2025
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ