İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Tallindəki səfirliyinin yüksək vəzifəli diplomatı Estoniyadan qovuldu

Bu gün Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallinndəki səfirliyinin birinci katibini persona non-qrata elan edib və diplomatdan ölkəni tərk etməsi tələb olunub. Musavat.com xəbər verir ki, məlumatı nazirlik yayıb. Bildirilir ki, qərar rəsmi nota ilə birlikdə Rusiyanın müvəqqəti işlər vəkilinə göndərilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, rusiyalı diplomat Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin sarsıdılmasında, cəmiyyətin parçalanmasında, dövlətə qarşı cinayətlərin, o cümlədən bir sıra sanksiyalar rejiminin pozulmasının asanlaşdırılmasında birbaşa və fəal iştirak edib.

Xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Rusiya səfirliyinin Estoniyanın daxili işlərinə daimi müdaxiləsi dayandırılmalıdır: “Qovulma aydın siqnaldır: ölkəmizin ərazisində xarici dövlətin koordinasiyalı və mütəşəkkil hərəkətlərinə yer olmayacaq”.

Xarici İşlər Nazirliyi qeyd edib ki, bu qərar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq qəbul edilib və bu, qəbul edən dövlətə diplomatik əməkdaşlarını izahat vermədən persona non-qrata elan etməyə imkan verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR