İnsanlara hürriyət, millətlərə istiqlal!

Matevosyandan sülh sazişi açıqlaması

Erməni politoloq, rusiyapərəst və revanşist mövqeyi ilə tanınan Beniamin Matevosyanın iddiasına görə, Ermənistan ilə Azərbaycan arasında imzalanan sülh sazişinin VII maddəsi ölkəsinin gələcək təhlükəsizliyi üçün ciddi risklər yaradır. Həmin maddəyə əsasən, tərəflər ümumi sərhəd boyunca üçüncü ölkələrin silahlı qüvvələrini yerləşdirməyəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Matevosyan xatırladır ki, 2020-ci ilin payızında baş nazir Nikol Paşinyan Vladimir Putinə müraciət edərək Azərbaycanla sərhəd rayonlarında Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmişdi və nəticədə 15-dən artıq yeni sərhəd məntəqəsi qurulmuşdu. Onun iddiasına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu təcrübədən çıxış edərək həmin məhdudiyyəti sazişə daxil etdirməyə nail olub.

Erməni politoloq hesab edir ki, bu müddəa Ermənistanın gələcəkdə sərhədlərinə üçüncü ölkə hərbi qüvvələrini gətirmək imkanını məhdudlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR