İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya naziri və ABŞ vitse-prezidenti lisenziyasız balıq ovunda yaxalandı - 2500 funt cərimə...

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi və ABŞ-ın vitse-prezidenti C. D. Vens gözlənilmədən balıq ovu qalmaqalı ilə gündəmə gəliblər. Onlar Lemminin İngiltərənin cənub-şərqində yerləşən kənd evində göldə balıq tutarkən görüntüləniblər. Lakin məlum olub ki, hər iki siyasətçi balıq ovu üçün tələb olunan rəsmi lisenziyanı almayıb.

Mövcud qanunvericiliyə görə, Böyük Britaniyada çubuqla balıq tutmaq istəyən hər kəsin, balıq tutsun və ya tutmasın, mütləq lisenziyası olmalıdır. Qaydanı pozduğuna görə Lemmi 2500 funt sterlinq (təxminən 3394 dollar) cərimə edilə bilər. Jurnalistlərin zarafatyana qeyd etdiyinə görə, nazir bu qayda pozuntusuna görə balıq tutmaqdan daha baha başa gələcək bir “ov”a girib.

İşin maraqlı tərəfi odur ki, Lemmi bütün cəhdlərinə baxmayaraq heç bir balıq tuta bilməyib. Nazir bu inzibati səhvi öyrənən kimi dərhal Ətraf Mühitin Mühafizəsi Agentliyinə məktub göndərib və lisenziyalarını rəsmi qaydada əldə edib.

Vitse-prezident Vens isə həyat yoldaşı və uşaqları ilə birlikdə İngiltərədə istirahətini davam etdirir. Onun balıq ovundakı əsas “uğuru” isə britaniyalı həmkarının başına gələn bu kiçik, lakin bahalı macəra olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR