İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail fələstinlilərin köçürülməsi üçün bu ölkələrlə danışıqlar aparır

İsrail Efiopiya, Liviya, İndoneziya və Cənubi Sudan ilə Qəzzadan çıxan fələstinlilərin qəbul olunması barədə danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə cümə axşamı CNN telekanalı yüksək vəzifəli bir israil rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilri ki, bu ölkələr 2 milyondan çox Qəzza sakininin bir hissəsini qəbul etməyə razı olduqları təqdirdə əhəmiyyətli maliyyə və beynəlxalq kompensasiya gözləyirlər. Eyni zamanda, İsrail Somailand (beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan) ilə də məsləhətləşmələr aparır.

Buna baxmayaraq, dünən Cənubi Sudan hakimiyyəti “Associated Press” (AP) agentliyinin fələstinlilərin bu ölkəyə köçürülməsi barədə məlumatlarını təkzib edərək, bunları “əsassız” və “rəsmi mövqeyi əks etdirməyən” məlumatlar adlandırıb. Bu ilin əvvəlində Somaliland hakimiyyəti də bu cür məsləhətləşmələr barədə məlumatı təkzib edib.

CNN xatırladır ki, keçən həftə İndoneziya 2 min fələstinlini müalicə məqsədilə qəbul etməyə hazır olduğunu bildirib, lakin onların sağaldıqdan sonra Qəzzaya qayıtması şərtini irəli sürüb.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu jurnalistlərə açıqlamasında qeyd edib ki, İsrail bir neçə ölkə ilə fələstinlilərin köçürülməsi üzrə danışıqlar aparır, lakin konkret ölkələrin adlarını açıqlamayıb. “i24” portalına verdiyi müsahibədə o, planın fələstinlilərin “zorla köçürülməsi” olmadığını, sadəcə “getmələrinə imkan verəcəyini” bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR