İnsanlara hürriyət, millətlərə istiqlal!

Alyaskada keçiriləcək sammitdə Tramp və Putin birgə mətbuat konfransı keçirəcək

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada baş tutacaq sammit çərçivəsində birgə mətbuat konfransı keçirməyi planlaşdırırlar.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.

Onun sözlərinə görə, liderlərin görüşü zamanı ikitərəfli münasibətlər, beynəlxalq təhlükəsizlik və regional münaqişələrlə bağlı məsələlər müzakirə olunacaq. Sammitin tarixi açıqlansa da, proqramın tam detalları hələlik gizli saxlanılır.

Qeyd edək ki, Tramp və Putinin görüşü həm ABŞ-da, həm də dünya mediasında böyük maraqla izlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR