Onlayn ictimai-siyasi qəzet
Pakistan silahlı qüvvələrində ən son texnologiya ilə təchiz edilmiş yeni raket qüvvələrini formalaşdırmağı planlaşdırır.
Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
Hökumət başçısı vurğulayıb ki, silahlı qüvvələrin yeni qolunun yaradılması Pakistanın müdafiə potensialında dönüş nöqtəsi olacaq.
Baş nazir bu açıqlamanı ölkənin 14 avqust Müstəqillik Günü ərəfəsində verib.
Pakistan ordusundakı mənbə bildirib ki, raket qüvvələrinin komandanlığı onların yerləşdirilməsi və nüvə silahından istifadə olunmayan hərbi münaqişələrdə fəaliyyətinə görə məsuliyyət daşıyacaq.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ