Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində Rostov-na-Donuda bir neçə çoxmərtəbəli yaşayış binası ziyan görüb.
Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücum nəticəsində yaralananlar var.
Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub. Zərərin miqyası və yaralıların dəqiq sayı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Rusiya tərəfi hücumun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.
Hadisə şəhərdə ciddi təşviş yaradıb, bəzi sakinlər müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülüb.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ