İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistandan 1500-ə yaxın əfqan qaçqın çıxarılıb

Tacikistan bir ay ərzində 1,5 minə yaxın əfqan qaçqını deportasiya edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, “Nijniy Pyanj-Şerxon Bandar” sərhəd keçid məntəqəsindən 1647 nəfər çıxıb. Onların 87%-nin məcburi deportasiya edildiyi, 7%-nin qohumlarını ziyarət etmək üçün sərhədi keçdiyi, 6%-nin isə ailələri ilə birlikdə köçmək üçün keçdiyi qeyd edilir.

Həmin dövrdə 687 Əfqanıstan vətəndaşı Tacikistana iş axtarmaq, qohumlarını ziyarət etmək və ya üçüncü ölkələrə tranzitlə gəlib.

Bundan əvvəl Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi əfqan qaçqınlarının ölkədən kütləvi şəkildə deportasiya edildiyini rəsmən təsdiqləyib. Departament çox sayda miqrantın ölkəyə qeyri-qanuni yollarla daxil olduğunu qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR