Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Alyaska sammitinə hazırlıq üçün görüş keçirib.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də görüşəcək.
"Bu gün Vladimir Putin Alyaskada keçiriləcək Rusiya-Amerika sammitinə hazırlıq çərçivəsində Rusiyanın ali rəhbərliyinin üzvləri, habelə hökumət və prezident administrasiyasının nümayəndələri ilə görüş keçirib”, - deyə Peskov bildirib.
Putin iclasda bildirib ki, Ukraynada uzunmüddətli sülh şəraiti yaradılacağı təqdirdə strateji hücum silahları üzrə yeni razılaşmalara çıxış istisna deyil. O, həmçinin vurğulayıb ki, indiyə qədər Ukrayna tərəfi ilə iki dəfə görüş keçirilib və İstanbul danışıqlarını da nəzərdə tutaraq bu müzakirələrin əhəmiyyətini qeyd edib.
Rusiya Prezidenti deyib: “Biz hansı mərhələdə olduğumuzu dəqiq bilməliyik. Amerika Birləşmiş Ştatları, konkret olaraq Donald Trampın komandası səmimi və enerjili şəkildə çalışır ki, atəş dayandırılsın, hərbi əməliyyatlar bitsin və uzunmüddətli sabitlik təmin olunsun”.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ