İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya Laricaninin Beyruta uçmasına İCAZƏ VERMƏDİ

Suriya hökuməti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini daşıyan təyyarənin ölkənin hava məkanından keçərək Beyruta uçmasının qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Maariv" qəzeti məlumat yayıb.

Mənbənin yazdığına əsasən, təyyarə əvvəlcədən planlaşdırıldığı kimi İraqdan birbaşa Livanın paytaxtı Beyruta uçmalı idi. Ancaq Suriya hökumətinin hava məkanını bağlaması nəticəsində marşrut dəyişdirilib və təyyarə İraqdan Türkiyə üzərindən Livana uçmağa məcbur olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR