Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişində tərəflər dözümsüzlük, irqi nifrət, separatizm və terrorizmin bütün formalarını pisləyir, bu hallara qarşı birgə mübarizə aparmaq öhdəliyini götürürlər. Lakin sənəddə yazılanlarla reallıq arasında böyük uçurum var.
İki dövlət arasında rəsmi sülh müqaviləsi imzalansa belə, xalqlar arasında barışıq hələ də uzaq görünür. On illərlə yığılan nifrət, işğal illərində yaşanan faciələr, tarix boyu törədilən soyqırımlar və qətliamlar yaddaşlardan silinməyib. Ermənistan tərəfi hələ də azərbaycanlılara qarşı nifrət ritorikasını davam etdirir, tarixi saxtalaşdıraraq türkləri “genosid törətməkdə” ittiham edir, 2023-cü ilin anti-terror əməliyyatından sonra isə guya ermənilərin Qarabağdan qovulduğu yalanını yayır.
Bəs görəsən, bu qədər qanlı tarixdən, dağıntıdan, nifrətdən sonra iki xalq arasında həqiqi barış mümkündürmü?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ