İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Putinin görüşdən imtinası halında sanksiyalar hazırlayıb

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən imtina etməsi halında yeni sanksiyalar paketini hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, tədbirlər, həmçinin ABŞ prezidenti Donald Trampın iştirakı ilə nəzərdə tutulan üçtərəfli danışıqlardan Moskvanın yayınması halında da tətbiq edilə bilər.

Sanksiyaların detalları açıqlanmasa da, mənbələr qeyd edir ki, Aİ yeni məhdudiyyətlərlə Kremlin müharibəni uzatmaq cəhdlərinin qarşısını almağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR