İnsanlara hürriyət, millətlərə istiqlal!

UFC-də yeni sima: Rusiyalı döyüşçü debüt qarşılaşmasına çıxacaq

Rusiyalı MMA döyüşçüsü Baysanqur Susurkayev UFC-də debüt döyüşünü keçirəcək.

Bu barədə təşkilatın prezidenti Dana Uayt sosial şəbəkə hesabında məlumat yayıb.

Avqustun 13-də çeçen idmançı Uaytın "İddiaçılar Seriyası"nda bəhreynli Murtaza Talha Əlini ilk raundda nokaut edib və UFC ilə müqavilə imzalayıb.

İndi Baysanqur Susurkayev avqustun 17-də ABŞ-nin Çikaqo şəhərində keçiriləcək "UFC 319" turnirində ABŞ-li Erik Nolanla döyüşəcək.

"Susurkayev üçün dörd gündə ikinci döyüş! O, ilk döyüşünü dörd gün əvvəl qəbul etmişdi. Bu, UFC-nin müasir tarixində döyüşlər arasında ən qısa intervaldır. Əvvəlki rekord Xamzat Çimayevə məxsus idi - 10 gündə iki döyüş", - deyə Uayt bildirib.

Qeyd edək ki, Baysanqur Susurkayev MMA-da keçirdiyi doqquz döyüşün hamısında qalib gəlib./Oxu.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR