İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan prezidentinin kiçik qızı böyük vəzifəyə təyin edilib

Tacikistan prezidenti Emoməli Rəhmonun kiçik qızı Fərzona Emomali Respublika Səhiyyə Nazirliyinin islahatlar, ilkin səhiyyə və beynəlxalq əlaqələr idarəsinin müdiri təyin edilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Nazirliyə yeni təyinat onun peşəkarlığı və bacarığı ilə izah edilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, F.Emomalinin 27 yaşı var, 2014-cü ildə Düşənbədəki Moskva Dövlət Universitetinin liseyini, 2020-ci ildə isə İbn Sina adına Tacikistan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.

O, 2023-cü ildə Tacikistan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi ixtisası üzrə klinik ordinaturanı bitirib.

2021-ci ildən Səhiyyə Nazirliyinin Mərkəzi Asiya şöbələrindən birində baş mütəxəssis vəzifəsində çalışıb.
F.Emomali Tacikistan Xalq Demokratik Partiyasının üzvüdür, subaydır, bir övladı var.

Ümumilikdə Tacikistan prezidentinin doqquz övladı var - iki oğlu və yeddi qızı. Rüstəm Emomali 2017-ci ildən Düşənbə şəhərinin meri olub, 2020-ci ildən isə ölkə parlamentinin yuxarı palatasının sədridir. Ozoda Rəhmon 2016-cı ildə prezidentin icra aparatına rəhbərlik edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR