İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN rəhbərinin müavini Vaşinqton sənədlərini Tehranda müzakirə etdi 

Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan 12–13 avqust tarixlərində İran İslam Respublikasına səfəri çərçivəsində iranlı həmkarları ilə görüşlər keçirib.

Musavat.com xəbər verir ki, səfər zamanı o, İranın xarici işlər naziri Abbas Ərəkçi, nazir müavini Məcid Ravançi, Ali Liderin müşavirləri Kəmal Xarazi və Əli Əkbər Vilayəti, həmçinin İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Həsən Sənayi ilə danışıqlar aparıb.

Məlumata görə, Kostanyan görüşlər zamanı regional qonşulara təminat verib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması prosesi ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və qarşılıqlı prinsiplərə riayət edilməklə həyata keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR