İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyada neft emalı zavodunu VURDU - Yanğın BAŞLADI

Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar gecə saatlarında Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən neft emalı zavodunu hədəfə alıb.

Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, zərərsizləşdirilən pilotsuz uçuş aparatlarından birinin qalıqları müəssisənin ərazisinə düşüb.

Nəticədə “QAZel” markalı avtomobil yanıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb. Yanğın qısa müddətdə söndürülüb, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Qeyd edək ki, hücumdan əvvəl regionda dron təhlükəsi elan edilib.

Bundan bir qədər əvvəl, çərşənbə gecəsi Ukrayna dronları Volqoqradı da hədəfə alıb. Məlumata görə, orada da əsas hədəf yerli neft emalı zavodu olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR