Onlayn ictimai-siyasi qəzet
“Avropa üçlüyü” ölkələri - Böyük Britaniya, Almaniya və Fransa - BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını bərpa edəcək “Snapback” mexanizminin işə salınması ilə bağlı BMT-yə müraciət ediblər.
Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" qəzeti üç ölkənin xarici işlər nazirlərinin BMT-nin baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasına məktubuna istinadən yayıb.
Bildirilir ki, avqustun sonunadən İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa mexanizm işə salınacaq: “Biz açıq şəkildə bildirdik ki, İran 2025-ci ilin avqust ayının sonuna kimi diplomatik həllə nail olmaq istəməsə, E3 mexanizmi işə salmağa hazırdır”.
Daha əvvəl "Axios" mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu müəyyən etmək barədə razılığa gəliblər.
2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzalayıb və 2002-ci ildə Tehranın nüvə silahı hazırlıqlarına başlaması ilə yaranan böhrana son qoyub. 2018-ci ildə ABŞ prezidenti Donald Tramp sazişdən çıxdığını elan etdi və ABŞ-ın İrana qarşı bütün sanksiyalarını bərpa etdi. 2020-ci ildə İran JCPOA çərçivəsində öhdəliklərinin azaldığını və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkənin nüvə obyektlərinə çıxışını məhdudlaşdırdığını elan etdi.
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ