Onlayn ictimai-siyasi qəzet
Pakistanın cənub-qərbində yerləşən və Əfqanıstanla həmsərhəd olan Belucistan əyalətində təhlükəsizlik qüvvələri “Tehrik-i-Taliban Pakistan” qruplaşmasının 50 döyüşçüsünü zərərsizləşdirib.
Musavat.com xəbər verir ki, 7-9 avqust tarixlərində Sambaz bölgəsində 47 terrorçu məhv edilərkən, 10 avqust gecəsi sərhəd boyunca həyata keçirilən təmizləmə əməliyyatında daha 3 döyüşçü öldürülüb. Əməliyyat zamanı silahlar, döyüş sursatları və partlayıcı maddələr ələ keçirilib.
Məlumat Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti tərəfindən verilib.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ