Onlayn ictimai-siyasi qəzet
“Sülh sənədi təkcə Qarabağ səhifəsini (yəni ermənilərin separat xülyalarını - red.) hüquqi baxımdan bağlamır, həm də Ermənistanda Qarabağ ermənilərinin hüquqlarının bərpasını, onların kollektiv şəkildə geri dönüşünü tələb edən bütün şəxslər və qruplara qarşı təqib üçün zəmin hazırlayır”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində eyni adlı fraksiyanın katibi Tiqran Abramyan yazıb.
Onun sözlərinə görə, sənədin 4 və 5-ci bəndlərində Qarabağda separatçı hərəkat artıq bitirilir.
“Bir vaxtlar bu adamlar (Paşinyan iqtidarını nəzərdə tutur - red.) Ağdamı öz vətəni kimi elan edir, təntənəli tostlar deyirdilər – xarici siqnallar siyasi konfiqurasiyanı dəyişənədək. İndi isə onlar “türk bal ayı” mərhələsinə daxil olublar”, - deyə Abramyan bildirib.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ