İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrantlarla bağlı QALMAQALLI QANUN Dövlət Dumasına TƏQDİM EDİLDİ

Dövlət Dumasına Rusiya məktəblərində əcnəbilər üçün ödənişli təhsilin tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Musavat.com xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Layihədə həmçinin rus dili imtahanından keçmək üçün pulsuz cəhdlərin sayının məhdudlaşdırılması təklif olunur.

Bildirilir ki, 2025-ci ildə rus məktəblərində miqrant uşaqların sayının artması səbəbindən 900 mindən çox yer çatışmazlığı yaranıb.

Layihə müəllifləri hesab edir ki, miqrant uşaqların rus dilini kifayət qədər bilməməsi “rus uşaqlarının təhsil prosesinin ləngiməsinə səbəb olur”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhsil Nazirliyi açıqlama verərək bildirib ki, miqrant uşaqların rus məktəblərində ödənişli təhsil alması Rusiya Konstitusiyasına ziddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR