İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda valideynlər rus dilindən İMTİNA EDİR

Qazaxıstanda valideynlərin övladlarını qazax dilində təhsil verən siniflərə yazdırması halları sürətlə artır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Qani Beysembayev mətbuat konfransında məlumat verib.

Nazir qeyd edib ki, artan tendensiyaya baxmayaraq, rus dilində tədris olunan siniflərin bağlanması planlaşdırılmır:

"Dərhal deyim ki, belə planlar yoxdur. Sinif seçimini valideyn edir. Lazımi dildə tədris olunan siniflər də bu seçim əsasında açılır", – deyə o vurğulayıb.

Beysembayevin sözlərinə görə, hazırda statistik göstəricilər valideynlərin daha çox qazax dilində təhsil verən sinifləri seçdiyini ortaya qoyur:

"Bu, təbii prosesdir və nəticədə belə siniflərin sayı artır. Dövlətin xüsusi olaraq sinif açmaq və ya bağlamaq proqramı yoxdur. Əsas məqsədimiz isə hər bir təhsil müəssisəsində yüksək keyfiyyətli təhsili təmin etməkdir", – deyə nazir bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR