Onlayn ictimai-siyasi qəzet
Erməni politoloq, revanşist mövqeyi ilə seçilən Suren Surenyants Ermənistan–Azərbaycan sülh müqaviləsinin ilkin mətni ilə bağlı növbəti təxribat xarakterli açıqlamalar verib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Surenyants maddələri belə təqdim edir:
1 və 6-cı maddələr – guya qarşılıqlı tanınma elan olunsa da, sərhədin müəyyənləşdirilməsi gələcək danışıqlara saxlanılır və bu, onun fikrincə, “şərti tanınma” deməkdir.
7-ci maddə – sərhəd boyunca üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsinə qadağa qoyulması Ermənistanın müdafiə imkanlarını zəiflətmək kimi qələmə verilir.
8 və 9-cu maddələr – “separatizm” və “ekstremizm” anlayışlarının müqavilədə yer almasını Bakıda separatçı rejimin rəhbərlərinə qarşı hüquqi prosesin legitimləşdirilməsi kimi təqdim edir.
15-ci maddə – Ermənistanın beynəlxalq məhkəmələrdə açdığı bütün iddiaların geri götürülməsi və yenilərinin verilməməsi öhdəliyini tənqid edərək bunu “hüquqi müdafiədən məhrum olmaq” kimi qələmə verir.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ