İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr bərpa olunur - "Bu yolun geri dönüşü yoxdur"

Xəbər verildiyi kimi, avqustun 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

Türkiyə rəsmisindən III Dünya müharibəsi ANONSU: Ölümcül silahlar... - ŞƏRH

Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Kənan Novruzov bildirib ki, avqustun 8-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşma ilə Cənubi Qafqazda tamamilə yeni reallıq yarandı: "Bu, faktiki olaraq regiona sülhün gəlməsi deməkdir. Doğrudur, Bakı və İrəvanın bundan sonra atacağı addımlar kənardan müqavimətlə üzləşə bilər. Lakin daha bu yolun geri dönüşü yoxdur.

Sülh sazişi mətninin paraflanması o deməkdir ki, artıq hər iki tərəf razılığa gələ bilib. Rəsmi Bakının iki əsas şərtindən biri- Minsk Qrupunun buraxılmasına dair də tərəflər arasında konsensus əldə olunub. İndi əsas məsələ Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsidir.

Ermənistan konstitusiyasının 2026-cı ildə dəyişdirilməsi planlaşdırılır. Bu isə o deməkdir ki, yekun sülh sazişinin də gələn il imzalanması gözləniləndir. Ancaq o vaxta qədər tərəflər arasında etimad mühitini yaradan addımlar atılmalıdır".

Politoloqun sözlərinə görə, nazirlərin telefon danışığı öz – özlüyündə tarixi hadisədir: "Bu, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının başlanğıcı kimi qiymətləndirilə bilər. Sözsüz ki, etimad mühitinin qurulması və inkişaf etdirilməsi baxımından qarşılıqlı təmaslar bundan sonra da davam etməlidir. Yəqinki, belə də olacaq.
İndiki anda həm Bakıdan, həm də İrəvandan tələb olunan kənar müdaxilələrin qarşısını almaq, üçüncü tərəflərin regionda “suları bulandırmaq” cəhdlərinə mane olmaqdır. Çünki bölgədə “daşların yerinə oturmasında” maraqlı olmayan oyunçular da az deyil. Yəqin ki, bundan sonra tərəflərin ortaq maraqları artacaq ki, bu da ümumi proses üçün faydalı olacaq".

Cavanşir ABBASLI
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR