Onlayn ictimai-siyasi qəzet
Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır” – Merts: “Ukrayna masada olmalıdır”
Musavat.com xəbər verir ki, Alyaskada planlaşdırılan Tramp–Putin görüşü öncəsi Kiyev və Berlin eyni mesajı verib: Ukrayna danışıqlar prosesindən kənarda qala bilməz.
Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Fridrix Merslə birgə mətbuat konfransında bildirib ki, Tramp Ukraynada atəşkəs və təhlükəsizlik təminatları ilə bağlı təklifləri dəstəkləyir:
“Hamının istədiyi yalnız bir şey var — Ukraynada və Avropada sülh. Ukraynaya aid hər məsələ Ukrayna ilə müzakirə olunmalıdır. Atəşkəs olmalıdır, təhlükəsizlik təminatları olmalıdır. Prezident Tramp bu təklifləri dəstəklədiyini bəyan etdi. Rusiyanın NATO-ya veto qoymaq hüququ olmamalıdır.”
Zelenski həmçinin Putinin blöf etdiyini vurğulayıb və sanksiyaların Rusiyanın hərbi iqtisadiyyatına ciddi zərbə vurduğunu qeyd edib:
“Putinə sülh lazım deyil, o, Ukraynanı işğal etmək istəyir. Biz birlikdə onun müharibəsini dayandıra bilərik.”
Almaniya kansleri Mers isə açıq şəkildə bildirib:
“Əgər Tramp–Putin görüşündən sonra yeni görüş olacaqsa, Ukrayna mütləq masada olmalıdır. İlk növbədə atəşkəs əldə edilməli, sonra çərçivə razılaşması üzərində işlənməlidir. Ukrayna ərazi məsələlərini yalnız hazırkı cəbhə xəttindən çıxış edərək müzakirə edə bilər. İşğal olunmuş ərazilərin hüquqi tanınması müzakirə olunmur.”
Mersin sözlərinə görə, Tramp Alyaska görüşündən sonra əvvəlcə Zelenskini, sonra isə Avropa liderlərini nəticələr barədə məlumatlandıracaq. Kansler həm də xəbərdarlıq edib ki, əgər irəliləyiş olmazsa, Rusiyaya qarşı təzyiq artırılmalıdır.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ