Onlayn ictimai-siyasi qəzet
Polşanın 30-34 minlik hərbçidən ibarət qrupla NATO təlimləri təşkil etməsi Minskdə narahatlıq yaradır.
Musavat.com xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin prezident Aleksandr Lukaşenkoya hesabat verdikdən sonra deyib.
Onun dediklərini BelTA xəbər agentliyi yayıb:
“Ən narahatlıq yaradanı Polşa hərbi rəhbərliyinin 30-34 mindən çox hərbçidən ibarət qrup yaratmaq qərarıdır. Bu, bizim fikrimizcə, artıq ciddi qrupdur. Biz çox diqqətlə izləməliyik, bunu edəcəyik və reaksiya verəcəyik. Əgər onlar Belarus Respublikasına qarşı hər hansı aqressiya nümayiş etdirsələr, cavab vermək üçün bir şeyimiz var”.
Qeyd edək ki, daha əvvəl Belarus Müdafiə Nazirliyi məlumat vermişdi ki, NATO ölkələrinin “Qərb-2025” Belarus-Rusiya təlimləri ərəfəsində hərəkətləri getdikcə aqressiv xarakter almağa başlayıb.
Sentyabrda Polşada keçiriləcək təlimlərdən biri olan “Dəmir Müdafiəçi”də 34 mindən çox hərbçi və 600 hərbi texnika iştirak edəcək ki, bu da “Qərb-2025” təlimi iştirakçılarının sayından bir neçə dəfə çoxdur.
Bundan əlavə, "Böyük Qartal 2025" çoxmillətli təliminə hazırlıq çərçivəsində Bundesverin silah və texnikası dəmir yolu ilə Litvaya çatdırılıb.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ