Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Çinə ticarət tariflərini təxirə salmaq üçün daha 90 gün vaxt verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qərar iyulda Stokholmda ABŞ və Çin arasında keçirilən danışıqlardan sonra qəbul edilib
Amerika prezidenti müvafiq fərmanı ticarət məhdudiyyətlərindəki əvvəlki üç aylıq fasilənin sona çatdığı çərşənbə axşamı gecə yarısından az əvvəl imzalayıb.
“Bu qərar ABŞ və Çin nümayəndə heyətləri arasında iyulun sonunda Stokholmda baş tutan son danışıqların məntiqi nəticəsi idi”, - CNBC qeyd edir.
Bazar ertəsi Tramp deyib ki, ABŞ “Çinlə çox yaxşı anlaşır” və özünün də Çin prezidenti Si Cinpinlə “çox yaxşı münasibəti var”.
ABŞ prezidenti bu ilin sonuna qədər Çin lideri ilə şəxsi görüşün mümkünlüyünü də istisna etməyib.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ