Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Dünya Taekvondo Federasiyasının (WT) prezidenti Çunqvon Çounun ona qara kəmər təqdim etməsindən sonra məşq lövhəsini bir yumruqla sındırıb.
Musavat.com xəbər verir ki, bu anların görüntüləri respublika prezidentinin mətbuat xidmətinin rəsmi Telegram kanalında yayımlanıb.
Mətbuat xidmətinin məlumatına görə, prezident əvvəlcə məşq lövhəsində öz imzasını qoyub, sonra isə Çunqvon Çounun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq lövhəni qırıb.
Videoda Kasım-Jomart Tokayev vurduğu yumruqla lövhəni sındırır:
İqbal RZAYEV,
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ