Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiyanın Alyaskada keçiriləcək sammitində qəbul ediləcək qərarların Kiyev tərəfindən tanınmayacağını bəyan edib.
“Gənclər burada” forumunda çıxış edən Zelenski bildirib:
“Ukrayna olmadan Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Danışıqlar onların ikitərəfli trayektoriyası üçün önəmli ola bilər, amma Ukrayna olmadan Ukrayna barədə heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və nəzərə alır”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 15 avqustda Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllini müzakirə etmək üçün görüş keçirəcəyini açıqlamışdı.
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ