İnsanlara hürriyət, millətlərə istiqlal!

Avqustun 13-də qaz kəsiləcək – XƏBƏRDARLIQ

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR